"Ford"la vurulan yaşlı kişi öldü

14 Yanvar, 2020 18:20 | Hadisə | Baxış sayı: 115
Avtomobil qəzası
Avtomobil qəzası

Xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb

Gecə saatlarında Xaçmaz şəhəri ərazisində 60 yaşlı piyada vurulub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xudat şəhər sakini Rasim Ağabəyov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Qusarın Çubuqlu kənd sakini, 60 yaşlı İlahəddin Vəlimət oğlu Vəlimətovu vurub.

Yaşlı kişi Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da aldığı xəsarətlərdən orada ölüb.

Qəzanın başvermə səbəblərini Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsi araşdırır.