Bakıda vurulan piyada öldü

14 Yanvar, 2020 13:52 | Hadisə | Baxış sayı: 35
Avtomobil qəzası
Avtomobil qəzası

Yolu keçən sakin alığı xəsarətlərdən hadisə yerində keçinib

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza yanvarın 13-də saat 7 radələrində qeydə alınıb. 

Qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.