“Torqovı”da insanlara bıçaqla hücum çəkən yarıçılpaqların adı bilindi VİDEO

13 Dekabr, 2019 12:50 | Hadisə | Baxış sayı: 322
Bıçaqlı hücum
Bıçaqlı hücum

Bunlar oğurluğa cəhd edən Yevlax sakinləri olublar

Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin şəxsiyyətləri və hadisənin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyi (DİN) Bakıda vətəndaşların üzərinə bıçaqla hücum edənlərin saxlanılması ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilib ki, hadisə dekabrın 12-də saat 19 radələrində baş verib. Paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Araşdırma aparılır.