Qızılgüllərin içində Azərbaycana ağ ölüm keçirən şəxs tutuldu FOTO

13 Dekabr, 2019 11:07 | Hadisə | Baxış sayı: 75
İçində narkotik olan gül xonçası
İçində narkotik olan gül xonçası

İranlı kişi narkotiki konfetin içində gizlətmək istəyib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-dan verilən məlumata görə, İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb.  “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın icərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş şəkildə ümumi çəkisi 2 kq 137 qr “tiryək” narkotik vasitə aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.