Toyda içib bir-birlərini bıçaqladılar

13 Noyabr, 2019 16:57 | Hadisə | Baxış sayı: 178
Qanlı bıçaq
Qanlı bıçaq

Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb

Qusarın Gican kəndində keçirilən toy məclisində dava baş verib.

İstiPress-in şimal bürosunun məlumatına görə, kənd sakinləri olan Adil Xanbubayevlə Gülməmməd Əlimətovun sərxoş halda sözləri çəp gəlib. Mübahisə nəticəsində 33 yaşlı Gülməmməd Gülmət oğlu Əlimətov Adil Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyib.

Bu zaman özünü müdafiə etmək istəyən Adil Xanbubayev üstündə gəzdirdiyi bıçaqla Gülməmməd Əlimətova 3 bıçaq zərbəsi endirib. Yaralı dərhal Qusar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qusar polisi toyda əlini bıçağa atmış 45 yaşlı Adil Xanbubayevi isti izlərlə saxlayaraq istintaqa cəlb edib. Qusar rayon polis şöbəsinin istintaq bölməsində CM-nin 126.1-qəsdən sağlamlığa zərər vurma maddəsilə cinayət işi açılıb.

Mübahisənin motivləri araşdırılır.