Qubada hamama girən kişinin meyiti çıxdı

13 Noyabr, 2019 09:24 | Hadisə | Baxış sayı: 116
Dəm qazından zəhərlənmə
Dəm qazından zəhərlənmə

55 yaşlı kişi həkimlər gələnə kimi keçinib

Quba rayonunda 55 yaşlı kişi hamamda dəm qazından boğulub. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə Bakı küçəsindəki evlərin birində qeydə alınıb.

Şəhər sakini 55 yaşlı Mirzəbaba Əbülfəz oğlu Cəbrayılov yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib. Dərhal təcili yardım çağrılsa da həkimlər gələnə kimi Mirzəbaba Cəbrayılov keçinib.

Fakta görə Quba rayon prokurorluğunda araşdırma başlanılıb.