Bakıda yol kəsib, maşınlara,qadına hücum edənlər tutuldu VİDEO

13 Noyabr, 2019 11:27 | Hadisə | Baxış sayı: 89
Qandal
Qandal

Saxlanılanlar 25-27 yaşlı gənclərdir

Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər polis tərəfindən tapılaraq, saxlanılıblar. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, iki şəxs əvvəlcə yoldan keçən maşınlara hücum edərək onları vurmağa başlayıblar, daha sonra onlardan biri yoldan keçən qadına əlindəki gödəkçəsi ilə hücum edib. Bu zaman ətrafdakıların müdaxiləsi ilə onun qarşısı alınıb.