Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb
Bakıda iki kişi qalmaqala səbəb olub. Məlumata görə, hadisə gecə saatlarında Sabunçu rayonunda baş verib. İki kişi əvvəlcə ətrafdakıların baxışı altında küçədəki avtomobilərə hücum edib, onları vurmağa başlayıb. Bu zaman onlara heç kim müdaxilə etməyib.
Daha sonra onlardan biri əlindəki gödəkçəsi ilə yoldan keçən qadına hücum edərək, ona vurmağa başlayıb. Yalnız bundan sonra ətrafdakı şəxslər onlara tərəf gəlib zərərsizləşdirməyə çalışırlar.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar, müvafiq rayon polis idarəsində araşdırma aparılır.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.
İddiaya görə, qətli ana və bacısının həyat tərzindən narazı olan oğlan törədib
Uşaqların da yaralandığı qəzaya səbəb sürücüsünün sükan arxasında yatması olub
Məktəb binasının 2-ci mərtəbəsi yararsız hala düşüb
Onun bank hesabına 37 milyon dollar köçürülüb
Cəlilabad polisi əməliyyatla saxladığı kişinin silahı və narkotikini də aşkar edib