İran zəlzələsi Azərbaycanı da silkələdi

13 Noyabr, 2017 09:03 | Hadisə | Baxış sayı: 223
Zəlzələ
Zəlzələ

Seysmoloji Xidmət Mərkəzindən rəsmi məlumat

İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss edilib. İstiPress-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təkanlarla bağlı məlumat yayıb.

Məlumata görə, təkanların maqnitudası 7.2 bal, dərinliyi isə 19 km
olub. 

Zəlzələ yerli vaxtla saat 22:18-də İran-İraq ərazisində qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında  zəif hiss olunub.

Türkiyə mətbuatında yer alan məlumata görə, 150-dən artıq insanın ölümünə səbəb olan təkanlar ümumilikdə 7 ölkədə hiss edilib. Onların arasında İranla yanaşaıa, Azərbaycan, Türkiyə, İraq, Suriya, Küveyt və Birləşmiş Ərəb Əmirliyi də var.