"Bəzən gündə yanıma 3-4 kişi gətiridilər" - seks köləsi olan Həlimə

13 Noyabr, 2017 11:45 | Hadisə | Baxış sayı: 932
Arakan müsəlmanı
Arakan müsəlmanı

Müsəlman qızın başına gətirilənlər

"Bura gələndə bizi bir düşərgəyə yerləşdirdilər. Bir adam bizə yemək verdi. Mənimlə evlənmək istədiyini dedi. Onun evinə getdik. Evə girdiyim anda orada mənim kimi 7-8 gənc qızın olduğunu gördüm. Dəhşətə düşmüşdüm. Orada xeyli kişi ilə cinsi münasibətə girməyə vadar edildim".

Birləşmiş Billətlər Təşkilatı (BMT) Myanmadan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının cinsi istismarla qarşı-qarşıya olduqlarını açıqlayıb. 

İstiPress-in məlumatına görə, zülmdən qaçaraq canlarını xilas edənlərdən biri, 21 yaşlı Arakan müsəlmanı Həlimə Bangqladeşə gəldikdən sonra seks köləsinə çevrilmə hekayəsini BBC-yə danışıb.

Qonşuları ilə birlikdə Banqladeşə qaçan, ailəsini itirən gənc qız zorla tutulduğu evi bir qadının işlətdiyini deyib. "Mənə makiyaj edirdilər, bəzəyirdilər. Bəzən gündə 3-4 kişi gətirirdilər. Çox çətin idi. Günlərlə qanamam olurdu". 

Gündə 3 dəfə yemək qarşılığında istismar edilən qızı müştərilərindən biri xilas edib. Müştəri polis olub. "Seks üçün gəlmişdi. Amma hekayəmi eşitdikdən sonra mənə "bacı" deməyə başladı. Bütün gecə qaldı, amma heç nə etmədi. Sonra mənə telefon nömrəsi verib getdi".

Həlimə evdən qaçma planları hazırlayıb və bir gün müştərilərindən biri yatarkən onun telefonu ilə polisə zəng edib. O, isə 6 nəfərlə gələrək Həlimə və daha 6 qızı seks köləliyindən xilas edə bilib. 

Lakin o uzaağa gedə bilməyib, pulu və tanışı olmadığı üçün yenidən bədənini satmağa vadar olub. "Gündə beş dəfə namaz qıldığım, ailəmlə birlikdə yemək yediyim günlərə geri dönmək istəyirəm", deyən gənc qız Banqladeşdə onun kimi köləliyə vadar edilənlərin sayının da kifayət qədər çox olduğunu qeyd edib.