Şəhər sakini cavan arvadını güllələdi

13 Sentyabr, 2018 19:43 | Hadisə | Baxış sayı: 141
Ov tüfəngi
Ov tüfəngi

Qadının vəziyyəti ağırdır, kişi könüllü polisə təslim olub

Kürdəmir rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə bu gün günorta saatlarında şəhərin Aşıq Şakir küçəsi, ev 9 ünvanında qeydə alınıb.

İstiPress-in məlumatına görə, Kürdəmir rayon sakini, 44 yaşlı Şahin Məmmədbağır oğlu Kərimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 36 yaşlı Qumru Tofiq qızı Salayevanı ov tüfəngi ilə vurub. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata alınıb. Q.Salayevanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Ş.Kərimov könülü şəkildə polisə təslim olub.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.