Polis yabanı narkoplantasiyanı məhv etdi

13 Sentyabr, 2018 17:53 | Hadisə | Baxış sayı: 88
Narkoplantasiya
Narkoplantasiya

Meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 90-150 sm olan kollar aşkar edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilərək məhv edilib. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Püstəqasım kənd ərazisində yerləşən meşəlik ərazidə yabanı
halda bitmiş hündürlüyü 90-150 sm olan 22 ədəd çətənə kolu aşkar edilib.

Narkotik tərkibli çətənə bitkiləri yandırma yolu ilə məhv edilib.