Ova gələn 3 ərəb saxlanıldı

13 Sentyabr, 2018 10:33 | Hadisə | Baxış sayı: 29
Ovçu
Ovçu

Ərəblər müvafiq icazə olmadan ova cəhd ediblər

Azərbaycanda qanunsuz ov edən ərəblər saxlanıldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, 3 saylı Regional İdarənin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.