Rusiyada qonaq gedən azərbaycanlı güllələndi

13 Sentyabr, 2017 12:07 | Hadisə | Baxış sayı: 147
Qandal
Qandal

Siqaret çəkməyə çıxan kişi ölüb

Rusiyanın şimal payataxtı Sankt Peterburqda azərbayacanlı güllələnib. İstiPress-in NTV-yə istinadla verdiyi məlumata görə, hadisə Novoe Devyatkino qəsəbəsində qeydə alınıb. 

Küçədə güllə səslərinin eşidilməsi haqqında polisə gecə saat 23 radələridnə məlumat daxil olub. Zəng edən şəxs avtomat səsis eşitdiyini deyib.

Hadisə yerində yaralı azərbayacan vətəndaşı tapılıb. O, dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, adı açıqlanmayan azərbaycanlı qəsəbədə yaşayan tanışının evinə qonaq gəlib. Həyətə isə siqaret çəkmək üçün çıxıb. 

Polis isti izlərlə şübhəlini saxlayıb. Onun 47 yaşlı işsiz bir kişi olduğu bəlli olub. Qətlin motivi araşdırlır.