DTX Qəbələdə əməliyyat keçirdi

13 Sentyabr, 2017 12:15 | Hadisə | Baxış sayı: 176
DTX
DTX

Əməliyyata polis də dəstək verib

Dövlət Təhlükəsizlik Xidməti  və Daxili İşlər Nazirliyi Qəbələdə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat dini radikalizmin yayılması faktı ilə bağlı baş tutub.

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirilib. Bu zaman oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.

B.Qasımov və E.Tahirov Rayon Polis Şöbəsi gətirilərək izahatları alınıb, götürülmüş əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.