Yaşlı kişi öz evində intihar etdi

13 Avqust, 2019 13:58 | Hadisə | Baxış sayı: 157
İntihar
İntihar

Səhər saat 6 radələrində aşkarlayıblar

Şabran rayonunda yenə intihar hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Şabran şəhərində baş verib.

Səhər saat 6 radələrində rayonun hüquq-mühafizə orqanlarına şəhərdəki evlərin birində yaşlı bir insanın özünü asdığı barədə məlumat daxil olub. Hadisə yerində araşdırma aparan polis-prokurorluq əməkdaşları özünü asan şəxsin 60 yaşlı Comərd Şıxverdi oğlu Yolçuyev olduğunu müəyyən ediblər.

Araşdırma zamanı məlum olub ki, Comərd Yolçuyev iflic xəstəliyinin ağır formasından əziyyət çəkirdi. Onun bu səbəbdən özünü öldürdüyü ehtimal edilir. Mərhum 2 uşaq atası olub.

Şabran rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Araşdırma davam edir.

Qeyd edək ki, bu, son 20 gündə Şabranda qeydə alınan 3-cü intihar hadisəsidir. Avqustun 8-də Padar kəndində 31 yaşlı, iki uşaq atası Səbuhi İsimxanov özünü asmışdı. Avqustun 12-də isə Xaçmaz sakini, 46 yaşlı, 1 uşaq atası Səyavuş Əsədullayevin insan yaşamayan tikilidə asılmış meyiti tapılmışdı.