Qadın alverçisi azərbaycanlı qız beynəlxalq axtarışa verildi - FOTO

13 Avqust, 2019 17:42 | Hadisə | Baxış sayı: 167
İnterpol
İnterpol

2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib

Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.

İstiPress-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Belə ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

N.Kazımova İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.