Bacısıgilə gələndən sonra özünü asdı

13 Avqust, 2019 12:31 | Hadisə | Baxış sayı: 236
İntihar
İntihar

Xəstəliyi və ya ailəsindən boşanması səbəbindən intihar etdiyi ehtimal edilir

Şabran şəhərində yaşayış olmayan tikilidə özünü aşmış naməlum şəxsin kimliyi məlum olub.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, intihar edən şəxs Xaçmazın Şıxlar kənd sakini, 46 yaşlı Səyavuş İkram oğlu Əsədullayevdir. Onun təxminən 20 gün əvvəl bu tikilidə özünü asdığı ehtimal edilir.

Onun intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub. 46 yaşlı Səyavuş Əsədullayevin bacısı Şabranda yaşayır, onun bacısıgilə gələndən sonra özünü öldürdüyü deyilir. Mərhum fiziki qüsurlu olub, danışa bilmirmiş. Bir övladı olan Səyavuşun ailəsindən boşandığı da məlum olub. Onun xəstəliyi və ya ailəsindən boşanması səbəbindən intihar etdiyi ehtimal edilir.

Şabran rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, avqustun 8-də də Şabranın Padar kəndində 31 yaşlı,2 uşaq atası Səbuhi İsimxanov özünü asmışdı.