Xaçmazda yol polisi qəzaya düşüb - YENİLƏNİB

13 Avqust, 2017 15:30 | Hadisə | Baxış sayı: 405
"VAZ 2107" qəza (Arxiv)
"VAZ 2107" qəza (Arxiv)

Polis şöbəsində fakta görə cinayət işi açılıb

Bu gün Xaçmazda baş vermiş qəzada "VAZ  2107" markalı avtomobildə sərnişin kimi yol polisi əməkdaşı Ruslan Hacıyev də olub. İstiPress-in şimal bürosu xəbər verir ki, yaralı Ruslan Hacıyevi ailə üzvləri Qusardakı özəl xəstəxanaya aparıblar.

Qeyd edək ki, Xaçmazın Qaraqurtlu kənd sakini, 25 yaşlı Elbrus Yusifovun idarə etdiyi avtomoobilin divara çırpılması nəticəsində onun qardaşı, 30 yaşlı Elxan Yusifov ölüb, sürücü və digər sərnişin İlqar İmaməliyevin Xaçmaz rayon mərkəzi xəstəxanasında müalicələri davam edir.

Saat 12:45

Bu gün səhər saat 9 radələrində Xaçmaz rayonu - Xudat-Nabran yolunun Müqtədir qəsəbəsindən keçən hissəsində 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası qeydə alınıb. İstiPress-in şimal bürosu xəbər verir ki, Xaçmazın Qaraqurtlu kənd sakini Elbrus Yusifovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün qardaşı Elvin Yusifov və rayon sakini İlqar İmaməliyev yaralanıb.

Rayon mərkəzi xəstəxanasına çatdırılan qardaşlardan biri, 25 yaşlı Elvin Yusifov xəstəxanada ölüb. 30 yaşlı E.Yusifov və İ.İmamıliyevin isə müalicələri xəstəxanada davam etdirilir.

Xaçmaz polis şöbəsində fakta görə cinayət işi açılıb.