Xlordan yüzlərlə insan zəhərləndi

13 Avqust, 2017 13:44 | Hadisə | Baxış sayı: 156

Hadisənin təfərrüatları açıqlanmır

İranın Dizful şəhərində anbarda xlor sızması baş verib. İstiPress TASS agentliyinə istinadən xəbər verir ki, xlor sızmasından 362 nəfər zəhərlənib.

Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub. Həkimlər zəhərlənən şəxslərə təcili tibbi yardım göstərib. Onların çoxu xəstəxanadan evə buraxılıb.

Hadisənin təfərrüatları açıqlanmır.