Xəzər yenə can aldı

13 Avqust, 2017 09:42 | Hadisə | Baxış sayı: 197
Xəzər dənizi
Xəzər dənizi

Uşağın meyitini tapmaq hələ ki, mümükün olmayıb

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində, Bakı şəhər sakini 9 yaşlı oğlan çimərkən batıb. İstiPress-in şimal bürosu xəbər verir ki, onun axtarışına dərhal FHN-nin xilasediciləri cəlb olunsa da 9 yaşlı Ayaz Fizuli oğlu Seyidovun meyitini tapmaq hələ mümkün olmayıb.

FHN-nin şimal regional mərkəzindən bu gün səhər saat 8 -dən axtarışlara yenidən başlanılacağı bildirilib.