Ermənistana vəhşi heyvanların hücumu başlayıb

13 Avqust, 2017 12:30 | Hadisə | Baxış sayı: 291

Əhaliyə ciddi xəbərdarlıq edildi

Ermənistanın Vayot Dzor vilayətində üç gündür davam edən şiddətli yanğınlar Xosrov Dövlət və Təbiət Qoruğunu da cənginə alıb. İlkin məlumata görə 200-250 hektar ot örtüyü və meşa alışıb yanır.

İstiPress newsarmenia.am saytına istinadən xəbər verir ki, bu gün saat 07.30-da yanğının söndürülməsi işinə 77 xilasedici, Araratdakı hərbi hissənin 50 hərbçisi, 60 polis, 50 nəfər meşə işçisi, həmçinin Urtsadzor kəndinin sakinləri cəlb olunub.

Bundan əlavə, Müdafiə Nazirliyinin vertolyotları yanğını söndürmək üçün 6 uçuş həyata keçirib. Erməni mütəxəssislər günlərdir ki, davam edən yanğınlar nəticəsində qoruqdakı və meşələrəki nadir canlıların məhv oldğunu deyir.

Həmçinin yanğından canını qurtarmaq üçün yaşayış məntəqələrinə üz tutan vəhşi heyvanların hücumundan qorunmaq üçün əhaliyə ciddi xəbərdarlıq edilib. Kənd sakinlərinin verdiyi məlumata görə yanğın ot tayası yaxınlığında avtomobillərdən birinin səsboğucusundan çıxan qığılcımdan baş verib. Bu versiya araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.