15 gündür ailə quran qadın dənizdə batdı

13 Avqust, 2017 14:15 | Hadisə | Baxış sayı: 493

Araşdırma başlanıb

Bu gün Xəzər dənizinin Xaçmazın Nabran kəndi ərazisində 23 yaşlı Oksana Əliyeva dənizdə çimərkən batıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə qadının meyiti xilasedicilər tərəfindən çıxarılaraq Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə aparılıb. Hadisə yerinə Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib.

İstiPress-in şimal bürosunun əldə etdiyi məlumata görə, Oksana Əliyeva 15 gündür ailə həyatı qurubmuş.

Xaçmaz prokurorluğunda araşdırma başlanılıb.