“KamAZ” gənc qızın üstündən keçdi

13 İyul, 2019 13:27 | Hadisə | Baxış sayı: 137
"Kamaz"
"Kamaz"

Yolu keçmək istəyən qız sol tərəfə baxmayıb

Sumqayıt şəhərində dəhşətli yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, avtobusun önündən yolun əks tərəfinə keçmək istəyən qız sol tərəfə baxmayıb və həmin istiqamətdən gələn “KamAZ” markalı avtomobili görməyib. Nəticədə qız, maşının altında qalaraq dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, “KamAZ” qızı bir neçə metr sürüyüb.