Rayona getdi - yolda həlak oldu

13 İyul, 2018 17:56 | Hadisə | Baxış sayı: 310
Qəzaya uğrayan "Mercedes"
Qəzaya uğrayan "Mercedes"

Qubada ağır yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi yaxınlığında "Mercedes" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. 

Hadisə nəticəsində sürücü Vüqar Nazim oğlu Talıbov  həlak olub, sərnişin Sumqayıt şəhər sakini 1991-ci il təvəllüdlü Aygün Əhliman qızı Allahverdiyeva  yaralı vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəyə "Hər iki bud sümüklərinin yerini dəyişən sınığı" diaqnozu qoyulub, vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı Quba rayon polis şöbəsində araşdırma aparılır.