Fermerlərin bir illik əziyyəti puç oldu

13 İyun, 2019 10:35 | Hadisə | Baxış sayı: 73
Taxıl
Taxıl

Şamaxıda və Füzulidə biçilməmiş taxıl sahələri külə döndü

Şamaxı rayonunun Çöl Göylər kəndində taxıl sahəsi külə döndü. FHN-dən verilən məlumata görə, 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bənzər hadisə Fizulidə də baş verib. Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.