Bakı-Rusiya yolunda "Pajero"da qəza törədib qaçan sürücü tutuldu

13 İyun, 2019 09:40 | Hadisə | Baxış sayı: 329
Avtomobil qəzası
Avtomobil qəzası

Qəza nəticəsində bir qadın ölmüşdü

Bakı-Quba-Rusiya sərhədi  yolunun Siyəzən rayonundan keçən hissəsində -yolun 102-cı km-də sərnişinin ölümülə nəticələnən qəzanı törədən sürücü saxlanılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu, 29 yaşlı  Bakı sakini İsmayıl Ələkbərovdur. Sürücü artıq istintaqa təhvil verilib.

İ.Ələkbərov idarə etdiyi "Mitsubishi Pajero"markalı avtomobillə Bakı istiqamətinə hərəkət edərkən avtomaşın yolun dəmir arakəsməsinə  çırpılıb. Hadisə nəticəsində avtomobildəki sərnişin, Bakı sakini Cəlalə Qurbanova aldığı xəsarətdən ölüb. Sürücü İsmayıl Ələkbərov isə hadisə yerindən qaçmışdı.

Sürücü aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. Hadisəni araşdıran DİN-in Baş İstintaq və təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyev fakta görə CM-nin 263.2 və 264-cü maddələrilə cinayət işi açıldığını bildirib.