Azərbaycanda məktəbdə dəhşət - şagirdi maşın əzdi

13 İyun, 2019 13:52 | Hadisə | Baxış sayı: 138
Məktəb
Məktəb

13 yaşlı şagird xəstəxanaya yerləşdirilib

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib. Səhər saatlarında məktəbin qarşısında minik avtomobili 9 saylı məktəbin şagirdini vurub. Onu təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıblar.

Yaralı şagird 2006-cı il təvəllüdlü Qurbanəliyev Qurbanəli Kərəm oğludur. Ona bədənin müxtəlif yerlərindən əzilməsi diaqnozu qoyulub.

Məlumata görə, “Hyundai-Azera” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.