Avtomobil aşdı, qadın öldü - 4 yaralı

13 İyun, 2019 15:13 | Hadisə | Baxış sayı: 64
Avtomobil qəzası
Avtomobil qəzası

Sürücü xəstəxanaya yerləşdirilib

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, hadisə iyunun 12-də saat 15 radələrində qeydə alınıb.  Rayonun Qayabaşı kəndi ərazisində Ağdam rayon sakini S.Nağıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili aşırıb.

Nəticədə sərnişinlərdən Laçın rayon sakini Elyana Nağıyeva hadisə yerində ölüb, sürücü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.