Avtobus məktəb binasına çırpıldı - xeyli yaralı var

13 İyun, 2019 17:57 | Hadisə | Baxış sayı: 92
Qəzaya düşmüş mikroavtobus
Qəzaya düşmüş mikroavtobus

İdarəetmədən çıxıb

Göygöl rayonunda yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. 

Mikroavtobusun idarəetmədən çıxaraq məktəb binasına çırpılması nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.