Hadisə bu gün səhər saatlarında baş verib
Xaçmazda piyada ölüb. Hadisə bu gün səhər saatlarında Xaçmaz şəhərinin mərkəzi Nəriman Nərimanov küçəsində qeydə alınıb.
İstiPress-in şimal bürosunun məlumatına görə, rayon sakini, 46 yaşlı Ruslan Məmmədov idarə etdiyi "Qazel"markalı yük avtomobili ilə yolu keçən 64 yaşlı Sonaxanım Zülfüqarovanı vurub.
Baş nahiyəsindən ağır xəsarət alan yaşlı qadın Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da həkimlərin səyinə baxmayaraq keçinib.
Xaçmaz polis şöbəsində cinayət işi açılıb. Hadisənin piyadanın diqqətsizliyi və ya sürücünün məsuliyyətsizliyi ucbatından baş verməsi araşdırılır.
Mühərrik hissəsində qısaqapanma olub
“1 manatlıq” taksiyə minibmiş
Əvvəllər məhkum olmuş şəxs cinayəti etiraf edib
İnsident 33 yaşlı kişi ilə 41 yaşlı qadın birlikdə içki içdikdən sonra baş verib
Azyaşlı bir həftə evdə ac-susuz və tək qalıb