Baxçada uşaqları döyən müəllimə tutuldu VİDEO

13 İyun, 2018 11:48 | Hadisə | Baxış sayı: 343
Firuzə Tağıyeva
Firuzə Tağıyeva

Azərbaycanı ayağa qaldıran döyülməyə görə əzab vermə maddəsi ilə cinayət işi başlanıb

Bakıda uşaq mərkəzində azyaşlıya zorakılıq nümayiş etdirən tərbiyəçi saxlanılıb. İstiPress-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə)  maddəsi ilə cinayət işi başlanıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tərbiyəçi F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.

“Kids studio” uşaq bağçasında zorakılıq