Bakıda "Range Rover" yanıb kül oldu, 2 nəfər öldü

13 İyun, 2018 08:58 | Hadisə | Baxış sayı: 232
Yanan maşın - Arxiv
Yanan maşın - Arxiv

İki maşının toqquşması birinin yanmasına səbəb olub

İki maşının toqquşaraq yanması faciəyə səbəb olub. FHN-dən İstiPress-ə verilən məlumata görə, "Land Rover" və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın baş verib.

İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, isə 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "10-HF-590" dövlət qeydiyyat nişanlı "Ford" markalı avtomobillə üzü Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə ikən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub.

Şahidlərin sözlərinə görə, qəza nəticəsində "Range Rover"in sürücüsü yüngül bədən xəsarətləri alıb. Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

"Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orucov Orxan Fikrət oğlu çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü R.Məmmədov isə elə hadisə yerində ölüb.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.