Bakıda şagird özünü 2-ci mərtəbədən atdı SƏBƏB

13 May, 2019 16:00 | Hadisə | Baxış sayı: 524
273 nömrəli tam orta məktəb
273 nömrəli tam orta məktəb

VIII sinif şagirdi 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub. 

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən verilən məlumata görə, hadisə  mayın 13-ü saat təxminən 11:20 radələrində tənəffüs zamanı baş verib. Məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.

Qeyd olunub ki, şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".