Bakıda faciə: 2 uşaq anası özünü 8-ci mərtəbədən atdı

13 May, 2019 15:40 | Hadisə | Baxış sayı: 200
İntihar edən qız
İntihar edən qız

İntihardan öncə o uşaqlarını keçmiş qayınanasına verib

Bakının Nizami rayonunda gənc ana intihar edib. 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də saat 07 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb. Nizami Rayon Polis İdarəsindən bu barədə məlumat verilib. 

Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır. 
Boşanmanın Heydərovanın psixi vəziyyətinə təsir etdiyi ehtimal edilir.