Müdirini daşla vurub öldürdü

13 Aprel, 2018 16:41 | Hadisə | Baxış sayı: 148
Daşla vurmaq
Daşla vurmaq

Bakı Ağır Cianyətlər Məhkəməsində müdirini daşla vurub öldürməkdə təqsirləndirilən Samir Mahmudova hökm oxunub. 

İstiPress-in məlumatına görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Mahmudov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, S.Mahmudov və atası mərhum Eldar Əhmədova məxsus alma bağında işləyiblər. Bir neçə il sonra mübahisələri düşüb və E.Əhmədov onların onların hər ikisini işdən qovub. 

Buna etiraz edən S.Mahmudov müdiri ilə mübahisə edib və ona daş atıb. İlk atdığı daş hədəfə dəyməsə də, ikinci böyük daş E.Əhmədovun başından dəyib və o bir neçə dəqiqə sonra vəfat edib. 

S.Mahmudov isə hadisə yerindən uzaqlaşıb. Lakin o özünü təqsirli bilməyib və E.Əhmədovun ağacdan yıxılaraq başının yerdəki daşa dəydiyini iddia edib.