Polis 8 il əvvəl baş vermiş oğurluğun üstünü açdı

13 Mart, 2019 17:54 | Hadisə | Baxış sayı: 69
Oğru
Oğru

Oğru başqa cinayətə görə həbsxanadadır

Astara rayonunda 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

IstiPress-in DİN-ə istinadən verdiyi xəbərə görə, 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. 

Araşdırmalarla oğurluğu törədən şəxsin sonradan qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, quldurluq, hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub. 

Faktla bağlı araşdırma aparılır.