Novruz tonqalı qalamaq istəyən gənc öldü - FOTO

13 Mart, 2019 16:46 | Hadisə | Baxış sayı: 119

Hadisə axşam saatlarında baş verib

Sumqayıt şəhərində 26 yaşlı gənc hündürlükdən yıxılaraq dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.

Belə ki, 41-ci məhəllədə yaşayan 1992-ci il təvəllüdlü Rauf Nizami oğlu Həsənquliyev yel çərşənbəsinə görə tonqal qalamaq üçün taxta toplayan zaman yıxılaraq dünyasını dəyişib.

Gənc dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.