Kapitan Bağırov Bosfor boğazını bağlamaqla hədələdi VİDEO

13 Mart, 2019 12:25 | Hadisə | Baxış sayı: 119
"Streamline"
"Streamline"

İstanbulda həbs edilən gəminin heyəti aylardır maaşlarını ala bilmirlər

İstanbulda həbs edilən Rusiya gəmisinin kapitanı  Bəhmən Bağırov Bosfor boğazını bağlamaq fikrindən daşındı. İstiPress-in məlumatına görə, o bu barədə videomüraciətində bildirib. Quru yük gəmisi olan "Streamline"nin kapitanı bunun bütün heyət üzvlərinə ziyan vura biləcəyini deyib. 

Bağırov deyib ki, Bosforda demarşın onun azadlıqdan məhrum olmasına yol aça biləcəyini anlayır. Amma gəminin məxsus olduğu "Akca Shipping"in rəhbərliyinin məsuliyyətə cəlb ediləcəyini bilsə buna hazırdır.

Bu şirkətin "Streamline" artıq 123 min dollar borcu var. Başqa borclara görə gəminin özünə həbs qoyulub. Bunun üçün də Bağırovun rəhbərlik etdiyi rusiyalı dənizçilər İstanbulu tərk edə bilmirlər. "Biz 10 aydan çoxdur ki, gəmidəyik. Artıq səbrimiz tükənib. Son yollara əl atmağa məcburuq". 

Xatırladaq ki, Komor adaları bayrağı altında üzən adıçəkilən gəminin heyəti maaşlarını ala bilmir, bundan əlavə gəminin borcu ilə əlaqədar təmir üçün dayandıqları İstanbulda ötən ilin yayında həbs ediliblər. Heyət problemlər həll edilməyəcəyi təqdirdə bu gün Bosfor boğazını bağlayacağını açıqlamışdı. 

Ötən ilin oktyabr ayında beş ay əmək haqqı ala bilməyən 10 nəfərlik heyət aclıq aksiyasına başlamışdı. Borcların qaytarılmayacağından ehtiyat edən heyət üzvləri gəmini də tərk edə bilmirlər. 

Fevral ayında bu məsələ ilə bağlı ilk məhkəmə olub. Növbəti iclas aprelin 2-nə təyin edilib.

Gəmi İstanbulda türk şirkəti olan və "Streamline" "Megion" operatorundan icarəyə götürən "Alpex"in tələbi ilə həbs edilib.  "Alpex" daha öncə gəminin təmirinə xərclədiyi 190 min dolların qaytarılmasını tələb edir.