Şirvanda mikroavtobus "KamAZ"la toqquşdu

13 Mart, 2018 09:30 | Hadisə | Baxış sayı: 48
Yaralı
Yaralı

15 nəfər yaralanıb

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.