Şabranda 3 bacının bir qardaşı ad günü tortunu kəsdi və ....

13 Mart, 2018 12:35 | Hadisə | Baxış sayı: 1351
Meyit
Meyit

Gənc dünən şənlik edən ailəsini yasa batırdı

Şabranda gənc oğlan ailəsini yasa batırdı. İstiPress-in Şimal bürosunun məlumatına görə, gecə saat 01 radələrində intihar hadisəsi qeydə alınıb. Gəndab kənd sakini 25 yaşlı Müşfiq İbrahimov özünü atası Mənsura məxsus ov tüfəngilə güllələyərək öldürüb.

Hadisə yerində Şabran polis şöbəsinin və prokurorluğunun əməkdaşları işləyib. İlkin araşdırma nəticəsində məlum olub ki, Müşfiq İbrahimov dünən 25 yaşını qeyd edib, bacısıgildə ad günü tortunu kəsib, evə gəlib və özünü ata evində güllələyib.

Mərhum subay idi və üç bacının bir qardaşı olub. 

Onun hansı səbəbdən intihar etməsi barədə heç bir məlumat verilmir. Kənddə normal ailənin oğlu kimi tanınan Müşfiqin əmisi ruhi xəstəlikdən əziyyət çəkib. Gəncin intiharında da bu amilin rol oynaya biləcəyi istisna edilmir. 

Şabran rayon Prokurorluğunda CM-nin 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb. İntiharın səbəbləri araşdırılır.