Azərbaycanın tankçı qadınları VİDEO

13 Mart, 2018 10:50 | Hadisə | Baxış sayı: 196
Tankçı Azərbaycan qadını
Tankçı Azərbaycan qadını

Ordumuzda snayper, dənizçi və pilot qadınlar da var

Azərbaycanın tankçı qızlarının görüntüsü yayıldı. Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsi sistemində hərbi qulluqçu kimi xidmət edən qadınlardan bəhs edən video çarx yayımlayıb. Videoda ilk dəfədir DSX sistemində xidmət edən qadınlar barədə geniş məlumat əksini tapıb.

İndiyədək çoxlarımız qadın hərbi qulluqçuları DSX-nin mərkəzi aparatında, dövlət sərhədin nəzarət buraxılış məntəqələrində, tibb məntəqələrində və qərargahlarda xidmət edən görmüşük.

Videodan göründüyü qədər DSX qadın hərbi qulluqçuları qərargahlarla yanaşı bilavasitə döyüş tapşırıqlarında iştirak edəcək – xüsusi təyinatlı bölmələrdə atıcı, snayper, tankçı, zirehli texnika heyəti, Sahil Mühafizəsi gəmilərində müxtəlif vəzifələrdə, aviasiya dəstəsinin helikopterlərində pilot və digər sahələrdə də xidmət edirlər.