Avtobus TIR-a çırpılıb, kül oldu - ölü sayı artır FOTOLAR, YENİLƏNİB

13 Mart, 2018 10:56 | Hadisə | Baxış sayı: 199
Türkiyədə qəza- avtobus TIR-a çırpıldı
Türkiyədə qəza- avtobus TIR-a çırpıldı

Qəza Türkiyədə baş verib

Çorumda baş verən qəza nəticəsində qorxulan oldu. Avtobusun yük maşınına çırpılaraq yanması nəticəsində daha 4 nəfər ölüb. Bununla da ölü sayı 10-a çatıb. Yaralı sayı 18-dir. 

Avtobus tamamilə yandığı üçün səlahiyyətli şəxslər hələlik ölənlərin dəqiq sayını açıqlamaqda çətinlik çəkdiklərini deyiblər. 

Saat 09:50

Türkiyədə 6 nəfərin yanaraq ölməsi ilə nəticələnən ağır qəza baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, qəza Çorum şəhərində baş verib. 

Sərnişin avtobusu yol kəna rında dayanan TIR-a çırpılıb. Qəzadan sonra avtobus alışıb. İlkin məlumata görə, kül olan avtobusda 6 nərnişin ölüb, 19 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı da istisna edilmir. 

Hadisə yerinə çox sayda təcili yardım və yanğınsöndürən briqada cəlb edilib.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.