Rusiyada azərbaycanlı kişinin 2-ci arvadı ailəsi olan evə od vurdu, ölənlər var VİDEO, YENİLƏNİB

13 Fevral, 2018 12:40 | Hadisə | Baxış sayı: 493
Yanğın zamanı ölən kişi
Yanğın zamanı ölən kişi

Ölənlər və yaralananların adı bilindi

Rusiyanın Orenburq şəhərində yanğında ölən azərbaycanlıların adları məlum olub. Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.  
Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.

Y. Məsimov yanğında həyatını itirən Leyla və Eysevər Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün - Səadət Quliyeva, Sevinc Quliyeva
və İzzət Quliyevanın vəziyyəti ağırdır: "Hazırda onlar komadadır, süni nəfəsalma aparatına qoşulublar. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər". 

Saat 09:22

Rusiyanın Orenburq şəhərində azərbayacanlı ailənin ölümü ilə nəticələnən yanağaın olub. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün Salmışskaya küçəsi, ev 58/1-dəki binanın 9-cu mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Yanğın nəticəsində xəsarət alanlar qadındır. Onların 62, 47, 20 yaşları var. Yaralılar arasında bir uşaq da var. 

Ailənin qonşularının verdikləri məlumata görə, mənzildə azərbaycanlılar yaşayıb. "Ailə kifayət qədər böyük idi. Onların yanına tez-tez Azərbaycandan qohumları gəlirdilər. Uşaqlr həmişə təmiz, ailə böyükləri isə dostcanlı idilər. Problemli ailə deyildilər". 

Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən yalnız iki nəfərin adı məlumdur. Onlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.  Əslən Masallı rayonundan olan N.Quliyevin taksi fəaliyyəti ilə məşğul olduğu məlum olub.

Orenburqdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin olduğu bildirilib. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N. Quliyev, onun iki azyaşlı övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olmayan bir kişi ölüblər, 5 nəfər isə yaralanıb. Yanğını törətdiyi ehtimal olunan qadın isə hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.