Maşından xırda oğurluq elədi, 5 ay sonra tutuldu - Azərbaycanda

13 Fevral, 2018 16:59 | Hadisə | Baxış sayı: 105
Qandal
Qandal

Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində nəqliyyat vasitələrindən mobil telefon və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən rayon sakini ötən ilin sentyabr ayının 17-də RPŞ-nə müraciət edərək, ona məxsus “Mercedes” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə naməlum şəxs və ya şəxslər tərəfindən ümumi dəyəri 870Azn olan 3 mobil telefon və 2 gün eynəyi oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluqu törətməkdə şübhəli bilinən şəhər sakini Nazim Hüseynov saxlanılaraq şöbəyə gətirilib. Saxlanılan zaman onun üzərindən bıçaq götürülüb.
Dindirilmə zamanı törətdiyi hadisəni etiraf edib.

Faktla bağlı Siyəzən RPŞ istintaq bölməsində cinayət işi açılıb.