İrəvanda qadınlar davaya çıxdı- kanalizasiyaya görə

13 Fevral, 2018 14:18 | Hadisə | Baxış sayı: 46
İrəvan
İrəvan

Şəhər Şurasına kanalizasiya sulu hücum

İrəvanda Şəhər Şurasının iclasında dava düşüb. İstiPress-in məlumatına görə, dava "Yerkir Tsirani" ("Ərik ölkəsi") müxalifət fraksiyasının nümayəndələrinin iştirakı ilə baş verib.

Müxalif deputatlar paytaxtın Nubaraşen rayonunun sakinlərinin etirazına dəstək veriblər. belə ki, sakinlər yaxınlıqdakı həbsxananaıan kanalizasiya sistemindən gələn pis qoxudan şikayət edidblər. Müxalifətçi deputatlar bu kanalizasiya suyu ilə dolu bankaları gətirərək meri Taron Marqaryana təqdim etmək istəyiblər.

Onlara içəri girməyə icazə verilməyib. Nəticədə bankalar yerə düşərək dağılıblar. Tərəflər arasında isə dava düşüb. Davada qadınlar xüsusilə iştirak ediblər. Şuranın iclası isə yarımçıq saxlanılıb.