Ermənilər havada faciəyə səbəb ola bilərdi

13 Fevral, 2018 13:09 | Hadisə | Baxış sayı: 106
Təyyarə təcili eniş edib
Təyyarə təcili eniş edib

Faciənin qarşısı pilotun diqqəti ilə alınıb

İrəvan hava limanından uçub, son məntəqəyə çatmaq çox təhlükəli olmağa başlayıb. Bu günlərdə pilotların diqqəti havada faciənin qarşısını alıb.

Moskvaya reys həyata keçirən “AirBus A3021” təyyarəsində yetərli yanacağın olmadığı üzə çıxıb. Dərhal bu barədə hər yer, o cümlədən hava limanı rəhbərliyi  məlumatlandırılıb. Nəticədə təyyarə uçuşa başlayandan bir neçə dəqiqə sonra təkrar yerə enməli olub.

Bu barədə Rusiyanın “Ren TV” kanalı məlumat yayıb. Görünür İrəvan hava limanın məsul şəxsləri təyyarəni havaya qalxmağı hazırlamağı unudublar. Onların insanları ölümlə üz-üzə qoymasına görə, cəza alıb-almadıqları isə bəlli deyil.

Amma bir şey aydındır - İrəvana getmək istəyənlərin sayı bundan sonra yəqin ki, azalacaq.