Cəfər Cabbarlının qızının məzar yeri bilindi

13 Fevral, 2018 12:45 | Hadisə | Baxış sayı: 141
Gülarə Cabbarlı
Gülarə Cabbarlı

Gülarə Cabbarlı həyat yoldaşının yanında torpağa tapşırılacaq

Fevralın 12-də 88 yaşında vəfat etmiş Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı Bakıda dəfn olunacaq. Bu barədə Sumqayıt regional mədəniyyət və turizm idarəsinin Xızı nümayəndəliyinin rəhbəri Mönsüm Bağırov İstiPress-ə məlumat verib.

Onun sözlərinə görə, mərhum Təzəpir məscidində yuyulandan sonra Yasamal qəbristanlığında yazıçı-daramaturq, həyat yoldaşı  Seyfəddin Dağlının məzarının yanında torpağa tapşırılacaq. 

Saat 11:40

Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib. Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

88 yaşlı Gülarə Cabbarlının ölümünə səbəb ürək çatışmazlığı olub.

1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.