Alma yediyi bıçağı boğazına soxub özünü öldürdü - Azərbaycanda

13 Fevral, 2018 17:31 | Hadisə | Baxış sayı: 334
Cinayətdə istifadə olunmuş bıçaq. Arxiv
Cinayətdə istifadə olunmuş bıçaq. Arxiv

Xaçmazda daha bir intihar hadisəsi qeydə alınıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Xaçmazın Xudat şəhərindəki Şıxəli Qurbanov küçəsi - 5 ünvanında qeydə alınıb.

Bu ünvanda anası ilə yaşayan 31 yaşlı İmran Sərdar oğlu Əhmədov gecə saat 1 radələrində alma yediyi bıçaqla öz boğazına xəsarət yetirərək özünü öldürüb.

Məlumat daxil olan kimi Xaçmaz prokurorluğunun və polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib,hadisə yeri və meyit prokurorluq əməkdaşları tərəfundən müayinə olunub. Məlum olub ki, özünü intihar edən İmran Əhmədovun psixi problemləri var, ruhi dispanserdə əvvəllər qeydiyyatda olub. Onun atası, 2 qardaşı vəfat edib, anası ilə yaşayırmış.

Fakta görə Xaçmaz rayon prokurorluğunda CM-nin 125-ci(özünü öçdürmə) maddəsilə cinayət işi açılıb, istintaq başlanılıb.

Qeyd edək ki, bu, son 2 gündə Xaçmazda qeydə alınan 2-ci intihar hadisəsidir. Fevralın 12-də Xaçmaz şəhərundə 36 yaşlı Səxavət Cəbrayılov işlədiyi mağazada bel kəmərilə özünü asaraq intihar edib.