Bakıya gətirilən at əti yolda tutuldu

13 Yanvar, 2018 17:41 | Hadisə | Baxış sayı: 264
At əti
At əti

Xaçmazda qanunsuz at əti aşkarlanıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, Xaçmazda 90 kq at əti aşkar edilib. Əməliyyat  DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini əhatə edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları ilə birgə keçirilib.

Rayon ərazisində Tovuz sakini Nicat Məmmədovun idarə etdiyi"Mersedes"in yük yerindən heç bir sənədi olmayan, insan sağlamlığı üçün təhlükəli 90 kq at əti tapılıb və  antisanitar vəziyyətdə aşkar edilən at ətindən nümunələr Dövlət Baytarlıq Laboratoriyasına təqdim olunub.Hazırda polis Nicat Məmmədovun rayon ərazisində atı satın aldığı mənbəni araşdırır.

İstisna olunmur ki,Tovuz sakini 90 kq at ətini saxlanılmasaydı,paytaxt sakinlərinə mal əti adı altında sırıyacaqdı.